...

"Qarabağ" hücumçusunun Fransa klubuna keçdiyini açıqladı

İdman Materials 30 Avqust 2022 11:16 (UTC +04:00)
"Qarabağ" hücumçusunun Fransa klubuna keçdiyini açıqladı

Bakı. Trend:

"Qarabağ" klubu futbolçusu İbrahima Vadjinin Fransa "Sent-Etyen"inə keçidini açıqlayıb.

Trend xəbər verir ki, 27 yaşlı hücumçu əldə olunmuş razılığa əsasən Liqa-2 təmsilçisinə keçib.

Seneqallı forvard artıq yeni klubu ilə müqavilə də imzalayıb. Vadji 3 illik sözləşməyə qol çəkib.

Ötən mövsüm "Qarabağ"a transfer olmuş seneqallı futbolçu keçirdiyi 36 oyunda 20 qol vurub və 4 məhsuldar ötürmə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti