...

Məhəllələrarsı futbol yarışlarına yekun vurulub (FOTO)

İdman Materials 1 Sentyabr 2022 14:11 (UTC +04:00)
Məhəllələrarsı futbol yarışlarına yekun vurulub (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Son illərdə uşaq futboluna diqqət və qayğı artmışdır. 01.09.2022-ci il tarixdə Xəzər rayonun Mərdəkan qəsəbəsində AFFA-nın və Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyası (UCFF)-nın təşəbbüsü ilə həyata keçirilən “Məhəllələrarası futbol” pilot layihəsi üzrə yarışların final mərhələsi keçirilib.

Yarışda 2010-2011-ci il üzrə yeniyetmələr mübarizə aparmışdır. Binə qəsəbəsinin komandası I yeri, Buzovna qəsəbəsinin komandası II yeri Şüvəlan qəsəbəsinin komandası III yeri tutmuşdur. Qalib komandalara Xəzər rayonundan seçilmiş millət vəkili Rauf Əliyev, YAP Xəzər rayon təçkilatının sədri Namiq Əhmədov, UCFF-in baş katibi Asim Xudiyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı Cəlil Əlizadə və Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev tərəfindən diplom və medallarla təqdim olunmuşdur. “Məhəllələrarası futbol” pilot layihəsinin digər rayonlarda da həyata keçirilməsi nəzərdə tutulmuşdur. Pilot layihənin həyata keçirilməsində əsas məqsəd yeniyetmə və gənclər arasında futbol idman növünə olan marağı artırmaq, gələcəkdə peşəkar futbolçu olmalarına zəmin yaratmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti