...

"Türk Hava Yolları" UEFA Çempionlar Liqasının sponsoru olub

İdman Materials 5 Sentyabr 2022 16:04 (UTC +04:00)
"Türk Hava Yolları" UEFA Çempionlar Liqasının sponsoru olub
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin "Türk Hava Yolları" aviaşirkəti UEFA Çempionlar Liqasının sponsoru olub.

Trend-in məlumatına görə, sponsorluq müqaviləsi, həmçinin UEFA Superkuboku, Gənclər Liqası və Futzal Çempionlar Liqasını əhatə edəcək.

"Türk Hava Yolları" Çempionlar Liqasına sponsorluq edən ilk aviaşirkət adını qazanıb. Hazırda bu turnirin sponsorları arasında "PlayStation", "Heineken", "PepsiCo", "Mastercard", "FedEx" kimi şirkətlər yer alıb.

Qeyd edək ki, bu mövsüm Çempionlar Liqasının finalı 2023-cü iyunun 10-da İstanbulda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti