...

Yunan-Roma güləşçimiz Eldəniz Əzizli ikiqat dünya çempionu olub

İdman Materials 11 Sentyabr 2022 21:10 (UTC +04:00)
Yunan-Roma güləşçimiz Eldəniz Əzizli ikiqat dünya çempionu olub

Bakı. Trend:

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) ikiqat dünya çempionu olub.

Trend-in məlumatına görə, Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının finalında güləşçimiz gürcüstanlı Nuqzari Tsurtsumiya ilə qarşılaşıb. Görüş təmsilçimizin 8:0 hesablı qələbəsi ilə başa çatıb.

Biraz sonra daha bir güləşçimiz final görüşünə çıxacaq. Belə ki, Ülvi Qənizadə (72 kq) qızıl medal uğrunda görüşdə serbiyalı Ari Arsalan ilə qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti