...

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi dünya ikincisi olub

İdman Materials 14 Sentyabr 2022 00:57 (UTC +04:00)
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi dünya ikincisi olub

Bakı. Trend:

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında növbəti uğura imza atıb.

Trend-in məlumatına görə, yarışda 9 idmançı ilə təmsil olunan yığmamız yekunda 118 xalla komanda hesabında ikinci yeri tutub.

Milli üzvlərindən Eldəniz Əzizli (55 kiloqram) qızıl, Ülvi Qənizadə (72 kiloqram) gümüş, Taleh Məmmədov (63 kiloqram), Həsrət Cəfərov (67 kiloqram) və Arif Niftullayev (97 kiloqram) bürünc medal qazanıblar.

Qeyd edək ki, Türkiyə millisi 125 xalla bütün rəqiblərini qabaqlayıb. Meydan sahibləri isə 110 xalla üçüncü olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti