...

Bakıda 240 komandanın iştirakı ilə "Qırışma" futbol turniri keçirilir (VİDEO, FOTO)

İdman Materials 14 Sentyabr 2022 02:35 (UTC +04:00)
Bakıda 240 komandanın iştirakı ilə "Qırışma" futbol turniri keçirilir (VİDEO, FOTO)

Bakı. Trend:

Sizi AFFA-nın da rəsmi tərəfdaşı olduğu RDC Group təşkilatçılığında "Qırışma" turnirinin həyəcanına qoşulmağa dəvət edirik.

Trend-in məlumatına görə, ölkəmizin tarixində miqyasına görə ən böyük həvəskar mini futbol turnirinin artıq 11-ci günüdür və birinci tur yekunlaşmaq üzrədir. Turnirimizə Azərbaycanın regionlarından, Bakının müxtəlif rayonlarından və qlobal-yerli olmaqla müxtəlif şirkətlərdən qatılım olmuşdur. Turnirin 2-ci turu 17 sentyabrdan etibarən püşkatma nəticələrinə əsasən davam edəcək. Sizləri Azərbaycan futboluna dəstək vermək və azarkeşi olduğunuz komandaların qalibiyyətinə dəstəyiniz üçün Bakı Su İdmanı sarayında yerləşən futbol meydançalarının tribunalarına dəvət edirik. Daha ətraflı məlumat və elanlardan xəbərdar olmaq üçün instagram səhifəmizi izləyə bilərsiniz.

Turnirin Instagram səhifəsi: https://www.instagram.com/qirishma/

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti