Bakı. Trend:
Beş çəki dərəcəsində boks üzrə keçmiş dünya çempionu amerikalı Floyd Meyvezer qarışıq növ üzrə (MMA) yaponiyalı döyüşçü Mikuru Asakuranı məğlub edib.
Trend-in məlumatına görə, döyüş Yaponiyanın Saytama şəhərində boks qaydalarına əsasən keçirilib. Döyüş 3 raunddan ibarət olub və yarış xarakteri daşımayıb.
Amerikalı boksçu ikinci raundda texniki nokautla qalib gəlib.