Bakı. Trend:
"Pari Sen-Jermen" futbol klubunun argentinalı hücumçusu Lionel Messi Lissabonun "Benfika" komandasına qarşı oyunda (1:1) qol vuraraq Çempionlar Liqasının rekordunu yeniləyib.
Trend-in məlumatına görə, bu barədə "Opta" portalı bildirib.
Portuqaliya klubu Çempionlar Liqasında L.Messinin qapısına qol vurduğu qırxıncı komanda oldu. Bundan əvvəlki nailiyyət - 39 klub da argentinalıya məxsus idi. Bu göstəriciyə görə ikinci yerdə “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldodur. O, turnirdə 38 fərqli komandaya qol vurub.
"Benfika"ya vurduğu qolla L.Messi Çempionlar Liqasının 18 mövsümündə rəqib qapısına top göndərən yeganə oyunçu olmaqla növbəti rekorda imza atıb.