...

MMA döyüşçümüzün Qazaxıstanın Octagon Liqasında debütü uğurlu alınıb

İdman Materials 12 Oktyabr 2022 01:01 (UTC +04:00)
MMA döyüşçümüzün Qazaxıstanın Octagon Liqasında debütü uğurlu alınıb

Bakı. Trend:

Azərbaycanın MMA döyüşçüsü Röyal Leylizadənin Qazaxıstanın Octagon Liqasında debütü uğurlu alınıb.

Trend xəbər verir ki, Azərbaycanın “ASED Fighting Championship” (AFC ASED) Liqasının “Contender” seriyasının döyüşçüsü R.Leylizadə Asiyanın “Top-3”, Qazaxıstanın isə ən nüfuzlu liqasında yerli idmançı Aktore Batırbek ilə qarşılaşıb.

57 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz rəqibini məğlub edərək Octagon Liqasına uğurla start verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti