...

Cüdoçumuz “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb

İdman Materials 23 Oktyabr 2022 02:54 (UTC +04:00)
Cüdoçumuz “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində start götürən “Böyük dəbilqə” turnirində cüdoçumuz Zelim Tçkayev (81 kq) bürünc medal qazanıb.

Trend xəbər verir ki, tatami ustası üçüncü yer uğrunda görüşdə Abılayxan Jubanazar (Qazaxıstan) üzərində qələbə qazanıb.

Xatırladaq ki, bundan əvvəl komandamızın üzvü Balabəy Ağayev (60 kq) bürünc medala sahib çıxıb.

Qeyd edək ki, Azərbaycan “Böyük dəbilqə” turnirində 13 idmançı ilə təmsil olunur.

Xəbər lenti

Xəbər lenti