...

Bakı kəndləri arasında futbol turnirində qrup mərhələsinin 3-cü turuna yekun vurulub (FOTO)

İdman Materials 24 Oktyabr 2022 12:21 (UTC +04:00)
Bakı kəndləri arasında futbol turnirində qrup mərhələsinin 3-cü turuna yekun vurulub (FOTO)

Bakı. Trend:

Gənclər və İdman nazirliyi, AFFA və Bakı Abadlıq xidmətinin birgə təşkil etdiyi Bakı kəndləri arasında futbol turnirində qrup mərhələsinin 3-cü turuna yekun vurulub.

Trend-in məlumatına görə, ikinci yarış günündə 8 oyunda qapılara 41 qol vurulub.

Ən böyük hesab Fatmayı-Məmmədli görüşündə qeydə alınıb. İkincilər 10-1 hesablı qələbə qazanıb. Maştağa Nardaranı 3-1, Kürdəxanı isə Pirşağı komandasını 7-0 hesabı ilə məğlub edib. Masazır Biləcərəyi uduzub 3-6. Saray komandası Binəqədi ilə bacarmayıb0-4. Sabunçu-Ramana, Balaxanı Zabrat görüşləri 1-1 hesabı ilə yekunlaşıb. Mehdiabad komandası Aşağı Güzdəkin qapısından 2 cavabsız top keçirib. Qeyd edək ki, yarışlara ümumilikdə 2010-2011-ci il təvəllüdlü 350-dən çox uşaq cəlb olunub. 8 qrupda keçirilən turnirə noyabrın 13-də final qarşılaşması ilə yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti