...

Azərbaycan millisi İndoneziyada keçiriləcək uşu üzrə dünya çempionatında iştirak edəcək

İdman Materials 4 Dekabr 2022 00:56 (UTC +04:00)
Azərbaycan millisi İndoneziyada keçiriləcək uşu üzrə dünya çempionatında iştirak edəcək

Bakı. Trend:

Gənclərdən ibarət Azərbaycan millisi İndoneziyada keçiriləcək uşu üzrə dünya çempionatında iştirak edəcək.

Trend xəbər verir ki, yarışda ölkəmizi yığma komandanın baş məşqçisi Elçin Eminovun rəhbərliyi ilə Elçin Muradov (45 kq), Natiq Əliyev (48 kq), Raul Səfərov (52 kq), Amin Əlili (56 kq) və Mehdi Həsənov (65 kq) təmsil edəcəklər.

Qeyd edək ki, M.Həsənov və E.Muradov Yunanıstanda yeniyetmələr arasında keçirilmiş son Avropa çempionatında qalib adını qazanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti