...

Lionel Messi dünya çempionatının ən yaxşı futbolçusu seçilib

İdman Materials 18 Dekabr 2022 23:34 (UTC +04:00)

Bakı. Trend:

Lionel Messi Qətərdə keçirilən dünya çempionatının ən yaxşı futbolçusu seçilib.

Trend xəbər verir ki, dünya çempionatında Messi 8 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Qətər mundialında Argentina millisi qrup mərhələsində Polşa, Meksika və Səudiyyə Ərəbistanını qabaqlamağı bacarıb.

Pley-off mərhələsində Argentina komandası Avstraliya, Niderland və Xorvatiya seçmələrini məğlub edib.

Finalda isə Fransa yığmasını məğlub edən Argentina dünya çempionu adını qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti