Bakı. Trend:
"Liverpul" futbol klubunun əfsanəsi Stiven Cerrard Polşa millisinin baş məşqçisi ola bilər.
Trend xəbər verir ki, bu barədə çərşənbə günü "Meczyki" portalı mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Polşa Futbol İttifaqı ingiltərəli mütəxəssis ilə danışıqlara başlayıb. S.Cerrard hələ də təklifi nəzərdən keçirir.
Xatırladaq ki, S.Cerrard oktyabr ayında "Aston Villa" klubunun baş məşqçisi vəzifəsindən azad edilib.