Bakı. Trend:
Futbol üzrə İtaliya çempionatının A Seriyasının prokuroru “Yuventus”un fəaliyyətində yol verdiyi maliyyə pozuntularına görə klubun ölkə birinciliyində topladığı xalların 15-ni silib.
Trend xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xallar silindikdən sonra komanda A qrupundakı 3-cü yerdən onuncu yerə geriləyib.
Klub kassasiya şikayəti verəcəyini bildirib.