...

“Yuventus” “Latsio” üzərində qələbə qazanaraq İtaliya Kubokunun yarımfinalına yüksəlib

İdman Materials 3 Fevral 2023 03:22 (UTC +04:00)

Bakı. Trend:

Bu gün futbol üzrə İtaliya Kubokunun 1/4 final mərhələsində "Yuventus" və "Latsio" klublarının qarşılaşması baş tutub.

Trend xəbər verir ki, Turində keçirilən qarşılaşma "Yuventus"un minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.

Oyunda yeganə qolu 44-cu dəqiqədə Bremer vurub.

Beləliklə, Yuventus İtaliya Kubokunun yarımfinal mərhələsinə yüksəlib. Yarımfinalda "Yuventus" "İnter"lə qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti