Bakı. Trend:
İspaniya La Liqasının 22-ci turu çərçivəsində "Osasuna" "Real"ı qəbul edib.
Trend xəbər verir ki, oyun qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunda qolları Federiko Valverde (78-ci dəqiqə) və Marko Asensio (90+2) vurublar.
Bu qələbə ilə "Real" xallarının sayını 51-ə çatdıraraq turnir cədvəlinin lideri "Barselona" ilə xal fərqini 5-ə endirib.