...

Qadın idmançımız MMA idman növü üzrə dünya çempionatında gümüş medal qazanıb

İdman Materials 19 Fevral 2023 20:44 (UTC +04:00)
Qadın idmançımız MMA idman növü üzrə dünya çempionatında gümüş medal qazanıb

Bakı. Trend:

Serbiyanın paytaxtı Belqradda qarışıq təkbətək döyüş növü – MMA üzrə dünya çempionatı keçirilib.

Trend xəbər verir ki, Azərbaycan Qarışıq Döyüş Sənəti Federasiyasının milli komandası səfərin ilk günü müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin Belqraddakı abidəsini ziyarət edib. Azərbaycan MMA Federasiyasının prezidenti Rövşən Həsənov və milli komandanın üzvləri Taşmaydan parkında yerləşən abidənin önünə gül dəstəsi qoyublar.

Beynəlxalq Qarışıq Döyüş Sənəti Federasiyası (IMMAF) tərəfindən 2014-cü ildən təşkil olunan böyüklər və gənclər arasında dünya çempionatında Azərbaycan Qarışıq Döyüş Sənəti Federasiyasının (AZMMAF) milli komandası da iştirak edib.

62 ölkədən 520-dən çox idmançının mübarizə apardığı turnirdə respublikamızın idman şərəfini gənc və peşəkar olmaqla, ümumilikdə, 6 idmançı qoruyub.

Azərbaycan komandası bir medal qazanıb. Esmira Məmmədova finalda məğlub olmaqla, ikinci yerlə kifayətlənib. E.Məmmədovanın gümüş medalı MMA idman növündə ölkəmizin qadın idmançısının dünya çempionatında qazandığı ilk medal olub.

İdmançımıza medalı Azərbaycan Qarışıq Döyüş Sənəti Federasiyasının prezidenti Rövşən Həsənov təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti