...

Bakıda idman gimnastikası üzrə FIG Dünya Kuboku yarışlarının ikinci günü başlayıb

İdman Materials 10 Mart 2023 12:49 (UTC +04:00)
Bakıda idman gimnastikası üzrə FIG Dünya Kuboku yarışlarının ikinci günü başlayıb
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Martın 10-da Milli Gimnastika Arenasında idman gimnastikası üzrə FIG Dünya Kubokunun ikinci günü başlayıb.

Trend-in məlumatına görə, bu gün ixtisaslaşma mərhələləri keçiriləcək: kişilər dayaqla tullanma, gimnastika atında və köndələn tirdə məşqlər; qadınlar isə sərbəst məşqlər və gimnastika tiri üzərində məşqlər nümayiş etdirəcəklər. Yarış gününün sonunda verilən alətlər üzrə finalçılar müəyyən ediləcək.

Bu gün azərbaycanlı gimnast İvan Tixonov gimnastika atında və köndələn tirdə olmaqla iki məşq, Samirə Qəhrəmanova və Nazənin Teymurova isə gimnastika tiri üzərində məşq nümayiş etdirəcək. Nazənin Teymurova həmçinin sərbəst məşqlər yerinə yetirəcək.

Qeyd edək ki, idman gimnastikası üzrə FIG Dünya Kuboku 9-12 mart tarixlərində Bakı şəhərində yerləşən Milli Gimnastika Arenasında keçiriləcək. Yarışlarda dünyanın 48 ölkəsindən 173 gimnast iştirak edəcək ki, bu da ölkəmizdə gimnastika fənləri üzrə keçirilən Dünya Kuboku tarixində iştirakçı ölkələrin sayına görə rekord göstəricidir.

Bakı şəhərində keçirilən Dünya Kuboku üzrə dördgünlük yarışların ilk iki günü ixtisaslaşma mərhələləri, digər günlərdə isə finallar keçiriləcək və ayrı-ayrı gimnastika aparatlarında məşqlər üzrə qaliblər və mükafat sahibləri müəyyən olunacaq. Dördgünlük yarışların nəticələrinə əsasən ən yüksək bal toplamış gimnastlara həmçinin ənənəvi AGF Trophy Kuboku təqdim ediləcək.

Azərbaycanı yarışlarda Nikita Simonov və İvan Tixonov (kişi idman gimnastikası), Samirə Qəhrəmanova və Nazənin Teymurova (qadın idman gimnastikası) təmsil edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti