...

Fransa gimnastı Bakıda FIG Dünya Kubokunda dayaqla tullanma üzrə birinci yeri tutub

İdman Materials 11 Mart 2023 15:43 (UTC +04:00)
Fransa gimnastı Bakıda FIG Dünya Kubokunda dayaqla tullanma üzrə birinci yeri tutub
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Fransalı gimnast Kolin Devillar Bakı şəhərində keçirilən idman gimnastikası üzrə FIG Dünya Kubokunda dayaqla tullanma üzrə 13.683 bal nəticə ilə birinci yeri tutub.

İkinci yerə 13.433 bal nəticə ilə Özbəkistanı təmsil edən Oksana Çusovitina, üçüncü yerə isə Çin gimnastı Linmin Yuy (13.383 bal) çıxıb.

Qeyd edək ki, idman gimnastikası üzrə FIG Dünya Kuboku 9-12 mart tarixlərində Bakı şəhərində yerləşən Milli Gimnastika Arenasında keçirilir. Yarışlarda dünyanın 48 ölkəsindən 173 gimnast iştirak edir ki, bu da ölkəmizdə gimnastika fənləri üzrə keçirilən Dünya Kuboku tarixində iştirakçı ölkələrin sayına görə rekord göstəricidir.

Final yarışlarında Nikita Simonovla (halqalarla məşq) yanaşı sabah, yəni martın 12-də azərbaycanlı idmançılar İvan Tixonov (köndələn tir üzərində hərəkətlər) və Nazənin Teymurova (sərbəst hərəkətlər) çıxış edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti