...

Çin gimnastı Bakı şəhərində keçirilən FIG Dünya Kubokunda müxtəlif hündürlüklü qollarda hərəkətlər üzrə birinci yer tutub

İdman Materials 11 Mart 2023 14:37 (UTC +04:00)
Çin gimnastı Bakı şəhərində keçirilən FIG Dünya Kubokunda müxtəlif hündürlüklü qollarda hərəkətlər üzrə birinci yer tutub
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Çin nümayəndəsi Tsiyuan Tsyu Bakı şəhərində keçirilən idman gimnastikası üzrə FIG Dünya Kubokunda müxtəlif hündürlüklü qollarda hərəkətlər üzrə 14.700 bal nəticə ilə qızıl medal qazanıb.

Gümüş medal İtaliyadan olan gimnast Corciya Villa (14.000 bal), bürünc medalı isə Niderlandı təmsil edən Sanna Verman (13.766 bal) qazanıb

Qeyd edək ki, idman gimnastikası üzrə FIG Dünya Kuboku 9-12 mart tarixlərində Bakı şəhərində yerləşən Milli Gimnastika Arenasında keçirilir. Yarışlarda dünyanın 48 ölkəsindən 173 gimnast iştirak edir ki, bu da ölkəmizdə gimnastika fənləri üzrə keçirilən Dünya Kuboku tarixində iştirakçı ölkələrin sayına görə rekord göstəricidir.

Bu gün final yarışlarında azərbaycanlı gimnast Nikita Simonov halqalarla məşq üzrə qızıl medal qazanıb, sabah, yəni martın 12-də azərbaycanlı idmançılar İvan Tixonov (köndələn tir üzərində hərəkətlər) və Nazənin Teymurova (sərbəst hərəkətlər) çıxış edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti