...

“Qarabağ” və “Qalatasaray” oyununun hakimləri müəyyənləşib

İdman Materials 19 Mart 2023 02:51 (UTC +04:00)
“Qarabağ” və “Qalatasaray” oyununun hakimləri müəyyənləşib

Bakı. Trend:

Martın 26-da Bakı Olimpiya Stadionunda Azərbaycanın “Qarabağ” və Türkiyənin “Qalatasaray” komandası arasında xeyriyyə məqsədilə keçiriləcək yoldaşlıq oyununun hakimləri müəyyənləşib.

Trend-in məlumatına görə, bu barədə AFFA-dan bildiriblər.

Bildirilib ki, saat 20:00-da başlayacaq qarşılaşmanın baş hakimi FIFA referisi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Oyunun var hakimləri Cavid Cəlilov və Müslüm Əliyev olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti