...

Avstriya – Azərbaycan oyununu polşalı hakimlər briqadası idarə edəcək

İdman Materials 21 Mart 2023 18:13 (UTC +04:00)
Avstriya – Azərbaycan oyununu polşalı hakimlər briqadası idarə edəcək

Bakı. Trend:

Futbol üzrə “Avro-2024”ün seçmə mərhələsində Avstriya ilə Azərbaycan milliləri arasında keçiriləcək oyunu idarə edəcək hakimlər açıqlanıb.

Trend xəbər verir ki, oyun Polşadan olan hakimlər briqadasına tapşırılıb.

Martın 24-də Linzdə baş tutacaq qarşılaşmanı Bartoş Frankovski idarə edəcək. Ona Marçin Boniek və Yakub Vinkler köməklik göstərəcəklər. Görüşdə dördüncü hakim funksiyasını Damian Kos yerinə yetirəcək.

Qeyd edək ki, “Raiffeisen Arena”da keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbər lenti

Xəbər lenti