...

Gimnastlarımız beynəlxalq turnirdən 9 qızılla qayıdıblar (FOTO)

İdman Materials 27 Mart 2023 14:56 (UTC +04:00)
Gimnastlarımız beynəlxalq turnirdən 9 qızılla qayıdıblar (FOTO)

Bakı. Trend:

Martın 25-i və 26-da Gürcüstanın Tbilisi şəhərində “Keti Cup” beynəlxalq turniri keçirilib.

Trend-in məlumatına görə, yarışda ölkəmizi “Ocaq Sport” Klubunun bədii gimnastları təmsil ediblər. Gimnastlarımız yarışdan vətənə 9 qızıl, 8 gümüş və 5 bürünc medalla dönüblər.

Gimnastlarımızın nəticələri aşağıdakı kimidir:

Maya Kozaçuk - 2 qızıl (gürzlər,top), 1 gümüş (çoxnövçülük)
Selin Yusifova - 2 qızıl (çoxnövçülük, alətsiz), 1 gümüş (top)
Sara Cəlilli - 1 qızıl (çoxnövçülük), 1 gümüş (alətisz), 1 bürünc (top)
Nilüfər Qasımova - 1 qızıl (alətsiz), 1 gümüş (çoxnövçülük)
Suada İskakova - 1 qızıl (gürzlər), 1 bürünc (alətsiz)
Röya Alıkişiyeva - 1 qızıl (halqa), 1 bürünc (gürzlər)
Alsu Abdullayeva - 1 qızıl (alətsiz)
Ahu Aslanova - 1 gümüş (alətsiz)
Fərəh Həsənova -1 gümüş (alətsiz)
İnara Abıyeva - 1 gümüş (top)
Beril Yalın - 1 gümüş (top)
Leyla Azaqova - 1 bürünc (çoxnövçülük)
Ayla Abbaszadə - 1 bürünc (gürzlər)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti