...

"Bavariya" Maneni Sane ilə dalaşdığına görə cərimələyib

İdman Materials 15 Aprel 2023 07:59 (UTC +04:00)
"Bavariya" Maneni Sane ilə dalaşdığına görə cərimələyib

Bakı. Trend:

Almaniyanın "Bavariya" klubu hücumçu Sadio Maneni komanda yoldaşı Leroy Sane ilə dava etdiyinə görə cərimələyib.

Trend xəbər verir ki, bu barədə "Goal" portalı məlumat yayıb.

Məlumata əsasən, cərimənin məbləği 500 min avro təşkil edib.

Hadisə aprelin 11-də Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçında, "Bavariya"nın səfərdə "Mançester Siti"yə uduzduğu (0:3) oyundan sonra baş verib. KİV-in məlumatına görə, S.Mane L.Saneyə hücum edərək, onun üzünə yumruq zərbəsi endirib. Futbolçuların meydanda mübahisə etdiyi, daha sonra paltardəyişmə otağında yüksək tonlarda söhbəti davam etdirdiyi qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti