...

Azərbaycan bayrağını yandıran təxribatçı barəsində cinayət işi başlanmayacaq

İdman Materials 15 Aprel 2023 11:08 (UTC +04:00)
Azərbaycan bayrağını yandıran təxribatçı barəsində cinayət işi başlanmayacaq

Bakı. Trend:

Ermənistanda Azərbaycan bayrağını yandıran təxribatçı barəsində cinayət işi başlanmayacaq.

Trend xəbər verir ki, bu barədə jurnalistlərə vəkil Aleksandr Qoçubayev açıqlama verib.

“İstintaqın ilkin mərhələsində istintaq orqanı cinayət tərkibinin olmadığını qeyd edib. İlkin məlumata görə, cinayət işi başlanmayacaq. Aram Nikolyan azadlığa buraxılıb. Cinayət işinin başlanması təşəbbüsünün rədd edilməsi barədə qərar qəbul edilib və təsdiq üçün prokurora göndərilib”, - deyə Qoçubayev bildirib.

Xatırladaq ki, ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı Azərbaycana qarşı təxribat baş verib. Dizayner və stilist olduğu deyilən Aram Nikolyan qəfildən səhnəyə qaçaraq Azərbaycan bayrağını bayraqdarın əlindən götürüb və hamının gözü qarşısında yandırıb.

Qeyd edək ki, görüntülərdə Aram Nikolyanın üzərində vəsiqə olduğu görünür. Erməni mətbuatı yazır ki, onun təşkilat komandasının üzvü və şou iştirakçılarının geyimlərinin dizaynına cavabdeh şəxs olduğu güman edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti