...

Bakıda bədii gimnastika üzrə FIG Dünya kuboku yarışlarının birinci gününə start verilib (FOTO)

İdman Materials 21 Aprel 2023 11:01 (UTC +04:00)
Bakıda bədii gimnastika üzrə FIG Dünya kuboku yarışlarının birinci gününə start verilib (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 21-də Bakıda yerləşən Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 3-cü AGF Trophy beynəlxalq turnirinin birinci gününə start verilib.

Trend cümə günü xəbər verir ki, bu gün fərdi proqramda kvalifikasiya yarışları keçiriləcək, gimnastlar halqa və topla hərəkətlər nümayiş etdirəcəklər.

Həmçinin komandalar arasında qrup məşqlərində də kvalifikasiya yarışları keçiriləcək, komandalar beş halqa ilə proqramda çıxış edəcəklər. Kvalifikasiyaların yekunlarına görə proqramlar üzrə finalçılar müəyyən ediləcək.

Qeyd edək ki, bədii gimnastika üzrə FIG Dünya kuboku yarışları 21-23 aprel tarixləri arasında 3 gün davam edəcək. Yarışlarda dünyanın 40 ölkəsindən 135 gimnast fərdi və qrup hərəkətləri proqramında çıxış edəcəklər.

Azərbaycanı fərdi proqramda Zöhrə Ağamirova və Alina Gözəlova, qrup hərəkətləri proqramında isə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət komanda təmsil edəcək.

Gimnastlar ayrı-ayrı alətlər üzrə və çoxnövçülük yarışlarında mükafatlar uğrunda mübarizə aparacaqlar.

(Tərcümə: Rəna Əbdürəhmanova. Foto: Zaur Mustafayev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti