...

Bu, Azərbaycandakı Dünya kubokunda ilk yarışımdır - Alina Gözəlova

İdman Materials 21 Aprel 2023 13:02 (UTC +04:00)
Bu, Azərbaycandakı Dünya kubokunda ilk yarışımdır - Alina Gözəlova
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu, Azərbaycanda keçirilən Dünya kubokunda ilk yarışımdır və sözsüz, həyəcanlı idim. Həyəcanımın öhdəsindən gələrək proqramı yerinə yetirməyə çalışdım.

Bunu cümə günü Trend-ə yarış iştirakçısı, azərbaycanlı gimnast Alina Gözəlova deyib.

"Doğma səhnədə çıxış etmək xeyli asan və rahatdır, tamaşaçılar hərarətlə dəstək olur və bu, mənə kömək edir. Bugünkü kvalifikasiyada səhvlərə yol verdim, sabah çalışacağam ki, onları təkrarlamayım. Hədəfim yarışın ikinci günü proqramı yaxşı nümayiş etdirmək və hər şeyi maksimum yerinə yetirməkdən ibarətdir", - idmançı bildirib.

Alina Gözəlova əlavə olaraq qeyd edib ki, Azərbaycanda keçirilən Dünya kubokundan sonra Portuqaliyada keçiriləcək Kubokda (FIG World Challenge Cup 2023), daha sonra Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatında iştirak edəcək.

Qeyd edək ki, bədii gimnastika üzrə FIG Dünya kuboku yarışları 21-23 aprel tarixləri arasında keçirilir. Yarışlarda dünyanın 40 ölkəsindən 135 gimnast fərdi və qrup hərəkətləri proqramında çıxış edirlər.

Azərbaycanı fərdi proqramda Zöhrə Ağamirova və Alina Gözəlova, qrup hərəkətləri proqramında isə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət komanda təmsil edirlər.

Gimnastlar ayrı-ayrı alətlər üzrə və çoxnövçülük yarışlarında mükafatlar uğrunda mübarizə aparırlar.

Ənənə üzrə AGF Trophy Kuboku çıxışına görə ən yüksək bal toplamış idmançıya və qrup komandasına təqdim olunacaq.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti