...

Hər yarışda daha yaxşı çıxış etməyə çalışıram - Özbəkistan gimnastı

İdman Materials 22 Aprel 2023 18:10 (UTC +04:00)
Hər yarışda daha yaxşı çıxış etməyə çalışıram - Özbəkistan gimnastı
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun iştirakçılarının tərkibi çox güclüdür.

Bunu Trend-ə şənbə günü Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kuboku yarışlarının ikinci günündə təsnifat çıxışlarından sonra Özbəkistan idmançısı Təhminə İkromova deyib.

"Dünən halqa ilə kompozisiyada səhv etdim, amma bu gün proqramı daha yaxşı keçdim. Şadam ki, sabah finalda çıxış edəcəyəm. Cari mövsüm mənim üçün yaxşı keçir, daha inamlı çıxış etməyə başladım. İndi təbii ki, hamı bir az yorulub, çünki artıq Dünya Kubokunun dördüncü mərhələsidir. Bununla belə, hər mərhələdə daha yaxşı çıxış etməyə çalışıram", - deyə gimnast bildirib.

Təhminə İkromova əlavə edib ki, yarış əla təşkil edilib və o, Bakıdakı Gimnastika Arenasında çıxış etməkdən böyük zövq alır.

Qeyd edək ki, bədii gimnastika üzrə FIG Dünya kuboku yarışları 21-23 aprel tarixləri arasında keçirilir. Yarışlarda dünyanın 40 ölkəsindən 135 gimnast fərdi və qrup hərəkətləri proqramında çıxış edirlər.

Azərbaycanı fərdi proqramda Zöhrə Ağamirova və Alina Gözəlova, qrup hərəkətləri proqramında isə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət komanda təmsil edirlər.

Gimnastlar fərdi alətlər və çoxnövçülük proqramı üzrə yarışlarda mükafatlar uğrunda mübarizə aparırlar. Ənənəvi olaraq, AGF Trophy Kuboku çıxışına görə ən yüksək xal toplayan idmançıya və qrup komandasına veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti