...

"Arsenal" qapıçısı ilə müqaviləni yeniləyib

İdman Materials 19 May 2023 06:35 (UTC +04:00)
"Arsenal" qapıçısı ilə müqaviləni yeniləyib

Bakı. Trend:

Londonun “Arsenal" klubu qapıçısı Aaron Ramsdeyllə yeni müqavilə imzalayıb.

Trend-in məlumatına görə, bu barədə klub rəsmi məlumat yayıb. 25 yaşlı qapıçı ilə müqavilənin müddəti 2027-ci ilə qədər uzadılıb.

Yeni müqaviləyə əsasən, ingilis qapıçı əvvəlkindən iki dəfə çox - həftəyə 120 min funt sterlinq alacaq.

Qeyd edək ki, Ramsdeyl cari mövsüm "Arsenal"ın heyətində 36 oyuna çıxıb, 15 matçda qapısını toxunulmaz saxlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti