...

"Valensiya" futbol klubu irqçi təhqirlərə görə 45 min avro cərimələnib

İdman Materials 24 May 2023 03:54 (UTC +04:00)
"Valensiya" futbol klubu irqçi təhqirlərə görə 45 min avro cərimələnib

Bakı. Trend:

İspaniya Kral Futbol Federasiyasının (RFEF) Rəqabət Komitəsi "Valensiya" klubunu azarkeşlər tərəfindən "Real Madrid"in braziliyalı futbolçusu Vinisiusa qarşı irqçi təhqirlərə görə 45 min avro cərimələyib.

Trend-in məlumatına görə, bu barədə "RFEF"in mətbuat xidməti bildirib.

Komitə, həmçinin "Valensiya"ya qarşı "Mestalya" stadionunun cənub tribunasını bağlamaq şəklində sanksiyalar tətbiq edib və Vinisiusun qırmızı vərəqəsini ləğv edib.

Mayın 21-də "Real" səfərdə "Valensiya"ya 0:1 hesabı ilə uduzub. Oyundan əvvəl və matç zamanı azarkeşlər Vinisiusun ünvanına irqçi təhqirlər səsləndiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti