...

"Bavariya" ardıcıl 11-ci dəfə Almaniya çempionu oldu

İdman Materials 27 May 2023 20:37 (UTC +04:00)
"Bavariya" ardıcıl 11-ci dəfə Almaniya çempionu oldu

Bakı. Trend:

Futbol üzrə Almaniya Buldesliqasının 2022/23 mövsümünün çempionu məlum olub.

Trend xəbər verir ki, "Bavariya" klubu mövsümün son oyununda "Köln" klubunu 2:1 hesabı ilə məğlub edib. Qaliblərin heyətində qolları Kinqsli Koman (8-ci dəqiqə) və Camal Musiala (89) vurublar, "Köln"ün heyətində isə yeganə qolu Deyan Lyubiçiç (81, penalti) vurub.

Beləliklə, "Bavariya" son turdan sonra xallarının sayını 71-ə çatdıraraq ardıcıl 11-ci dəfə Almaniya Bundesliqasının çempionu olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti