...

“Qarabağ” Çempionlar Liqasında mübarizəyə başlayır

İdman Materials 11 İyul 2023 09:54 (UTC +04:00)
“Qarabağ” Çempionlar Liqasında mübarizəyə başlayır
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları keçiriləcək.

Trend xəbər verir ki, mübarizəyə bu mərhələdən başlayacaq Azərbaycan çempionu "Qarabağ" da ilk oyunununa çıxacaq.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda səfərdə “Linkoln”la üz-üzə gələcək. Bu, Azərbaycan klublarının Cəbəllütariq komandaları ilə ilk matçı kimi tarixə düşəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Qeyd edək ki, cavab oyunu iyulun 19-da Bakı Olimpiya Stadionunda baş tutacaq.

Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyun
11 iyul
19:30. “Linkoln” (Cəbəllütariq) - “Qarabağ” (Azərbaycan)
Baş hakim: Vitaliys Spasyonnikovs (Latviya)
Cəbəllütariq. “Viktoriya” stadionu

Məqalədə:
Xəbər lenti

Xəbər lenti