...

"Qarabağ" Çempionlar Liqasının təsnifatında "Linkoln"u darmadağın edərək növbəti mərhələyə yüksəlib

İdman Materials 19 İyul 2023 21:56 (UTC +04:00)
"Qarabağ" Çempionlar Liqasının təsnifatında "Linkoln"u darmadağın edərək növbəti mərhələyə yüksəlib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 19-da Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyununda qələbə qazanıb.

Trend xəbər verir ki, Ağdam təmsilçisi Bakı Olimpiya Stadionunda “Linkoln”u (Cəbəllütariq) qəbul edib.

Oyun "Qarabağın" 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda qolları Abdullah Zubir, Bəhlul Mustafazadə, Redon Cica və Marko Yankoviç vurublar.

Komandalar arasında iyulun 11-də “Viktoriya” stadionunda oynanılan ilk matçda “Qarabağ” 2:1 hesablı qələbə qazanıb. İki oyunun nəticəsinə görə, “Qarabağ” UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinə yüksəlib. Komandamızın növbəti rəqibi Polşa çempionu “Rakuv” olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti