...

Çempionlar Liqası: "Qarabağ" bu gün Polşa klubunu qəbul edəcək

İdman Materials 2 Avqust 2023 08:10 (UTC +04:00)
Çempionlar Liqası: "Qarabağ" bu gün Polşa klubunu qəbul edəcək
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Qarabağ" Polşanın "Rakuv" klubunu qəbul edəcək.

Trend xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Matçın baş hakimi Sven Yablonski olacaq.

Xatırladaq ki, Polşada keçirilən ilk oyunda "Rakuv" 3:2 hesabı ilə "Qarabağ"ı məğlub etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti