...

Azərbaycan Premyer Liqasına start veriləcək

İdman Materials 25 Avqust 2023 10:55 (UTC +04:00)
Azərbaycan Premyer Liqasına start veriləcək

Bakı. Trend:

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start veriləcək.

Trend xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.

Altı xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Sumqayıt” klubu üç xalla 6-cı sırada yer alan “Araz Naxçıvan”ın qonağı olacaq. “Dalğa Arena”da oynanılacaq görüş saat 20:00-da başlayacaq.

Qeyd edək ki, turun digər oyunları 26-27 avqustda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti