...

“Azərreyl” 5 voleybolçu ilə müqavilə imzaladı

İdman Materials 5 Sentyabr 2023 21:00 (UTC +04:00)
“Azərreyl” 5 voleybolçu ilə müqavilə imzaladı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu yeni mövsüm üçün heyətini gücləndirməyə davam edir.

Klubdan Trend-ə verilən məlumata görə, ölkəmizi Çağırış kubokunda təmsil edəcək komanda baş məşqçi Cengiz Akarçeşmenin ardınca 5 oyunçu ilə danışıqları müsbət yekunlaşdırıb.

Ötən mövsüm komandanın Azərbaycan çempionu olmasında pay sahibi olan blokçu Aynur İmanova, toppaylayıcı Raziyə Əliyeva, libero Asiyat Abuyeva və hücumçu Xanım Cəlilova ilə müqavilə yenilənib. Razılığa əsasən, onlar daha bir il “Azərreyl”in uğurları üçün çalışacaqlar.

Bu voleybolçularla yanaşı, Aişə Alismanova da yeni mövsümdən “Azərreyl”in formasını geyinəcək. Gənclər komandamızdan cəlb olunan 15 yaşlı hücumçu ilə rəsmi müqavilə imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti