...

Avropa Liqası: "Qarabağ" beşinci pillədə qərarlaşıb

İdman Materials 4 Oktyabr 2023 15:42 (UTC +04:00)
Avropa Liqası: "Qarabağ" beşinci pillədə qərarlaşıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

UEFA Avropa Liqasının qrup mərhələsində iştirak edən və formada olan komandaların adları açıqlanıb.

Trend yarışın rəsmi "X" (tvitter) sosial şəbəkə hesabına istinadən xəbər verir ki, "10-luq"da "Qarabağ" da yer alıb.

Azərbaycan təmsilçisi 5-ci pillədə qərarlaşıb. Siyahı yerli çempionat və Avropa Liqasının nəticələrinə əsasən tərtib olunub. "Köhlən atlar" keçirdiyi son 5 qarşılaşmanın dördündə qələbə qazanıb, birində məğlub olub.

Komandanın qrup mərhələsində rəqiblərindən olan Almaniyanın "Bayer 04" klubu birinci, Norveç çempionu "Molde" isə 10-cu sıradadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti