...

Çempionlar Liqası: "Qalatasaray" öz meydanında "Bavariya"ya uduzub

İdman Materials 24 Oktyabr 2023 22:55 (UTC +04:00)
Çempionlar Liqası: "Qalatasaray" öz meydanında "Bavariya"ya uduzub
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura start verilib.

Trend-in məlumatına görə, A qrupunda mübarizə aparan "Qalatasaray" Türkiyədə Almaniya nəhəngi "Bavariya"nı qəbul edib. "Rams Park" stadionunda keçirilən görüş qonaqların qələbəsi ilə başa çatıb - 3:1.

Hesabı 8-ci dəqiqədə Münhen təmsilçisinin futbolçusu Kinqsli Koman açıb. 30-cu dəqiqədə Mauro İkardi penaltidən vurduğu qolla tarazlığı bərpa edib. 73-cü dəqiqədə Harri Keyn ikinci topu İstanbul təmsilçisinin qapısından keçirib. 79-cu dəqiqədə isə Camal Musiala "sarı-qırmızılılar"ı üçüncü dəfə cəzalandıraraq yekun hesabı müəyyənləşdirib.

Bu nəticədən sonra xallarını 9-a çatdıran "Bavariya" qrupda liderliyini qoruyub. 4 xalı olan "Qalatasaray" isə 2-ci pillədə qalıb. Bu qrupun digər matçında "Mançester Yunayted" İngiltərədə Danimarka "Kopenhagen"i ilə qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti