...

MMA döyüşçümüz “Octagon liqası”nda qələbə qazanıb

İdman Materials 26 Oktyabr 2023 23:42 (UTC +04:00)
MMA döyüşçümüz “Octagon liqası”nda qələbə qazanıb

Bakı. Trend:

Azərbaycanın MMA döyüşçüsü Namiq Ağabalayev növbəti qələbəsini qazanıb.

Trend-in məlumatına görə, “Şəhid Rafət Qulamov” klubunun təmsilçisi Qazaxıstanın Almatı şəhərində “Octagon liqası”nın 51-ci turnirində gücünü sınayıb.

Turnirdə 57 kiloqram çəki dərəcəsində çıxış edən Namiq Ağabalayev yerli tanınmış idmançı Adilet Aytjanov ilə qarşılaşıb.

MMA döyüşçümüz birinci raundda rəqibini “Triangle” boğucu fəndi ilə vaxtından əvvəl məğlub edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti