...

“Neftçi” yetirməsi üçün vida matçı təşkil edəcək

İdman Materials 16 Noyabr 2023 02:31 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən ay karyerasını başa vuran Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Abışov yetirməsi olduğu "Neftçi"nin heyətində vida matçı keçirəcək.

Trend-in məlumatına görə, bu barədə klubdan bildirilib. Məlumata əsasən, 36 yaşlı keçmiş yarımmüdafiəçinin futbolla rəsmən vidalaşması "ağ-qaralar”ın Bakıda Rusiyanın "Zenit" komandasına qarşı oynayacağı yoldaşlıq görüşünə təsadüf edəcək.

Noyabrın 18-də “Neftçi Arena”da oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq.

Qeyd edək ki, Ruslan Abışov 2006-2012 və 2017-2019-cu illərdə “Neftçi”də çıxış edib. O, 2011-ci və 2012-ci illərdə paytaxt klubunun heyətində Azərbaycan çempionu olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti