...

Çempionlar Liqası: "Qalatasaray" "Mançester Yunayted" ilə heç-heçə edib

İdman Materials 29 Noyabr 2023 23:38 (UTC +04:00)
Çempionlar Liqası: "Qalatasaray" "Mançester Yunayted" ilə heç-heçə edib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

UEFA Çempionlar Liqasının qrup mərhələsində V turun növbəti oyunları keçirilib.

Trend-in məlumatına görə, A qrupunda mübarizə aparan "Qalatasaray" Türkiyədə İngiltərənin "Mançester Yunayted" komandasını qəbul edib. "Rams Park" stadionunda keçirilən görüş heç-heçə ilə başa çatıb - 3:3.

Qolları meydan sahiblərinin heyətində Hakim Ziyex (29-cu dəqiqə, 62-ci dəqiqə), M.K.Aktürkoğlu (71-ci dəqiqə) vurublar. "Mançester Yunayted"in heyətində A.Qarnaço (11), B.Fernandeş (18), S.Maktominey (55) fərqləniblər.

Bu nəticədən sonra xallarını 5-ə çatdıran "Qalatasaray" qrupda ikinci yerə yüksəlib. 4 xalı olan "Mançester Yunayted" isə qrupda sonuncu yerdədi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti