...

“Qarabağ” “Qəbələ”ni məğlub edib

İdman Materials 4 Dekabr 2023 22:01 (UTC +04:00)
“Qarabağ” “Qəbələ”ni məğlub edib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura yekun vurulub.

Trend-in məlumatına görə, son oyun günündə bir qarşılaşma baş tutub. “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Qəbələ”ni qəbul edib. Görüş Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydan sahiblərinin heyətində qolları 7-ci dəqiqədə Hamidu Keyta, 65-ci dəqiqədə Nəriman Axundzadə və 90+2-ci dəqiqədə Olavio Juninyo vurublar.

Bu nəticədən sonra xallarını 32-yə çatdıran "Qarabağ" liderliyini möhkəmlədib. 11 xalı olan “Qəbələ” isə 9-cu pillədə qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti