...

UFC prezidenti Makqreqorun iyunda döyüşəcəyi barədə məlumatları təkzib edib

İdman Materials 22 Yanvar 2024 04:55 (UTC +04:00)
UFC prezidenti Makqreqorun iyunda döyüşəcəyi barədə məlumatları təkzib edib

Bakı. Trend:

UFC kəmərinin keçmiş sahibi, irlandiyalı Konor Makqreqor iyunda amerikalı Maykl Çendlerə qarşı döyüşməyəcək.

Trend-in məlumatına görə, bunu UFC prezidenti Dana Uayt deyib.

“Makqreqor iyunda döyüşəcək? Xeyr. Nə vaxt Konor döyüşməyə hazır olsa, biz bunu elan edəcəyik", - deyə D.Uayt bildirib.

Qeyd edək ki, yanvarın 1-də döyüşün iyunun 29-da Las-Veqasda keçiriləcəyi açıqlanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti