Bakı. Trend:
"İdman Bizdə”nin növbəti buraxılışı yayımlanıb. Verilişin budəfəki qonağı Azərbaycan millisinin və “Qarabağ”ın sabiq futbolçusu Bəxtiyar Musayev olub.
Qonaq Azərbaycan çempionunun Avropa Liqasının pley-offunda “Braqa” üzərində 4:2 hesablı qələbəsini şərh edib, ağdamlıların cavab qarşılaşmasında şanslarını dəyərləndirib. O, həmçinin, ölkə çempionatında hazırkı vəziyyətdən danışıb və yığmadan Millətlər Liqasında gözləntilərini açıqlayıb.
Müsahibənin videovariantını təqdim edirik: