...

"Bavariya"nın futbolçuları Tuxelin getməsini təəccüblə qarşılayıblar

İdman Materials 23 Fevral 2024 06:41 (UTC +04:00)
"Bavariya"nın futbolçuları Tuxelin getməsini təəccüblə qarşılayıblar

Bakı. Trend:

Almaniyanın "Bavariya" klubunun futbolçuları baş məşqçi Tomas Tuxelin mövsümün sonunda ayrılması xəbərinə böyük təəccüblə reaksiya verib.

Trend-in məlumatına görə, bu barədə "Sky Sport Germany" televiziya kanalı xəbər verib.

Futbolçularla məşqçi arasında isti münasibət qurulmasa da, komanda onu peşəkar kimi qiymətləndirir və yaxşı taktikaçı hesab edir. Bəzi futbolçular hətta T.Tuxelin getməsinə təəssüfləniblər.

T.Tuxel 2023-cü ilin martından Münhen klubunu çalışdırır. Onun rəhbərliyi altında komanda 2022/23 mövsümündə Almaniya çempionatında qızıl medallar qazanıb. Onun 2025-ci ilin yayına kimi nəzərdə tutulan müqaviləsinə bir il tez xitam veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti