...

Çempionlar Liqası: "Bavariya" 1/4 finala yüksəlib

İdman Materials 6 Mart 2024 02:24 (UTC +04:00)
Çempionlar Liqası: "Bavariya" 1/4 finala yüksəlib

Bakı. Trend:

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda Almaniyanın “Bavariya” klubunun futbolçuları İtaliyanın “Latsio” komandasını 3:0 hesabı ilə məğlub edib.

Trend-in məlumatına görə, komandanın iki qolunu Harri Keyn 38 və 66-cı dəqiqələrdə vurub. Ondan başqa, Tomas Müller də “Bavariya”nın heyətində fərqlənib (45+2).

Qarşılaşma Münhendə baş tutub. Bu komandaların ilk görüşü fevralın 14-də Romada baş tutub, o zaman “Latsio” qalib gəlib. Ümumi hesaba əsasən, "Bavariya" 1/4 finala vəsiqə qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti