...

Azərbaycan boksçusu Dünya kubokunu qazanıb

İdman Materials 11 Mart 2024 13:34 (UTC +04:00)
Azərbaycan boksçusu Dünya kubokunu qazanıb

Bakı. Trend:

Monteneqronun Budva şəhərində gənc boksçular arasında ənənəvi Dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turniri başa çatıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Azərbaycan milli komandası yarışı 2 medalla başa vurub.

Yığmamızın heyətində Zidan Hümbətov Dünya kubokuna yiyələnib. 51 kq-da mübarizə aparan boksçumuz finalda rusiyalı Arseniy Jiltsovu 3:2 (29:28, 30:27, 28:29, 28:29, 29:28) hesabı ilə məğlub edib və qızıl medala layiq görülüb.

Komandamızın heyətində Bilalhəbəşi Nəzərov (48 kq) isə finalda Tamta Briyeşlə (Hindistan) üz-üzə gəlib. Yığma üzvü 2:3 (29:28, 30:27, 29:28, 28:29, 28:29) hesabı ilə məğlub olduğundan gümüş medala sahib olub.

Qeyd edək ki, yarışda 22 ölkədən 245 boksçu mübarizə aparıb.

Xəbər lenti

Xəbər lenti