...

Braziliya klubu 75 yaşlı məşqçi ilə vidalaşıb

İdman Materials 20 Mart 2024 21:51 (UTC +04:00)

Bakı. Trend:

Luis Felipe Skolari “Atletiko Mineyro” ilə yollarını ayırıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, tərəflər qarşılıqlı şəkildə əməkdaşlığa son qoyublar.

Təcrübəli mütəxəssis 2023-cü ilin yayından Mineyro klubuna başçılıq edib. Komanda onun rəhbərliyi ilə 41 oyun keçirib. “Ağ qaralar” 19 matçda qələbə qazanıb, 10 dəfə heç-heçə edib, 12 görüşdə uduzub. “Atletiko Mineyro” onun başçılığı ilə Braziliya A seriyasında 2023-cü il mövsümünü 3-cü pillədə başa vurub.

Qeyd edək ki, 75 yaşlı mütəxəssis “Çelsi”, Portuqaliya və Braziliya yığmalarında fəaliyyət göstərib.

Xəbər lenti

Xəbər lenti