Bakı. Trend:
Biz bütün oyun ərzində dominantlıq edirdik. Topa rəqibdən daha çox nəzarət edirdik.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu 19 yaşadək qızlardan ibarət Monteneqro millisinin baş məşqçisi İvan Tatar deyib.
O, AVRO-2025-in seçmə mərhələsinin Azərbaycanla oyunu barədə fikirlərini açıqlayıb: “Biz çox sayda vəziyyətlər yaratdıq. Rəqibə hətta qapımıza zərbə vurmaq imkanı da vermədik. Qələbəyə tam layiq idik. Amma Azərbaycanla matçda daha böyük hesabla qalib gələ bilərdik. Əsas odur ki, turnirə qələbə ilə, həm də zədəsiz başladıq. Çox soyuq havada, qar altında oynadığımızdan onların görüşü sağlam bitirməsi vacib idi. İndi bərpa olmalı və Latviya ilə görüşə hazırlaşmalıyıq".
Qeyd edək ki, Monteneqro millimizlə görüşdə 4:0 hesablı qələbə qazanıb.